Türkiyədə Qars-Ərzurum magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusu yoldan çıxaraq, aşıb.
İlkin məlumatlara görə, qəzada 6 nəfər ölüb və çox sayda yaralı var.
Hadisə yerinə polis, təhlükəsizlik və səhiyyə xidmətləri cəlb olunub.
Hadisəyə səbəb kimi havanın qarlı olması göstərilir.
Akif İsmayılov