Modern.az

Türkiyənin gələn ilki büdcəsi təsdiq edildi

Türkiyənin gələn ilki büdcəsi təsdiq edildi

Dünya

18 Dekabr 2021, 23:12

Türkiyə parlamenti 12 gün davam edən müzakirələrdən sonra hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) təqdim etdiyi 2022-ci il maliyyə dövrü üçün dövlət büdcəsini təsdiqləyib.

 

 

Modern.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop büdcənin 327 lehinə, 197 əleyhinə səslə qəbul edildiyini bildirib.

 

Beləliklə, büdcə xərcləri 1,75 trilyon lirə (104,9 milyard dollar), büdcə gəlirləri isə 1,472 trilyon lirə (88,2 milyard dollar) səviyyəsində proqnozlaşdırıb. Proqnoza görə, gələn il büdcə kəsiri 278 milyard lirə olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama