Modern.az

İştahsızlıq və yuxusuzluq "Omicron"un simptomları ola bilər

İştahsızlıq və yuxusuzluq

Dünya

18 Dekabr 2021, 23:57

Britaniyalı tədqiqatçılar koronavirusun “Omicron” ştamının qeyri-adi simptomlarını aşkar ediblər.

 

Modern.az xəbər verir ki, ZOE tibb şirkətinin mütəxəssisləri və London Kral Kollecinin analitiklərinin araşdırmasında bu ştammın yuxusuzluq və iştahsızlıq kimi simptomlara malik olduğu qeyd olunur.

 

Mütəxəssislər burun axması, baş ağrısı, yorğunluq, asqırma və boğaz ağrısını "Omicron" ştamının ən çox müşahidə edilən simptomları ilə əlaqələndiriblər.

 

Tədqiqatçılar bildirib ki, yeni növə yoluxanların yalnız 50%-i koronavirusun klassik simptomları hesab edilən qızdırma, öskürəkdən şikayətlənib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama