Modern.az

ABŞ-ın hipersəs raketi yenə uğursuz oldu

ABŞ-ın hipersəs raketi yenə uğursuz oldu

Dünya

19 Dekabr 2021, 00:15

ABŞ Hərbi Hava Qüvvələri üçüncü dəfə AGM-183A ARRW hipersəs raketini sınaqdan keçirə bilməyib. 

 

Modern.az xəbər verir ki, problemlərin nədən qaynaqlandığı hələ müəyyən edilməyib.

 

AGM-183A raketinin sınaqları çərşənbə günü, dekabrın 15-nə planlaşdırılırdı. Sınaq zamanı mütəxəssislər raket gücləndiricisinin işini yoxlamalı idilər. Raket B-52 Stratofortress təyyarəsindən buraxılmalı idi.

 

“Proses başlamazdan əvvəl naməlum problemə görə dayandırıldı. Raket zavoda qaytarılacaq, bundan sonra bort məlumatlarının və telemetriyanın təhlili dərhal başlayacaq”, - deyə ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü "The War Zone" nəşrinə bildirib. Hərbçilər sınaqları "mümkün qədər tez" bərpa etməyə ümid edir.

 

AGM-183A ARRW raketinin bundan əvvəlki uğursuz sınağı mart ayında baş tutub. Sonra ABŞ Hərbi Hava Qüvvələri raketin "nəzərdə tutulan hərəkətlər ardıcıllığını yerinə yetirə bilmədiyi" və buraxılışın baş tutmalı olduğu təyyarənin göyərtəsində qaldığını söylədi. Uğursuzluğun dəqiq səbəbi barədə də məlumat verilməyib. 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama