Modern.az

Braziliyadakı meşə yanğınlarında 17 milyon heyvan ölüb

Braziliyadakı meşə yanğınlarında 17 milyon heyvan ölüb

Dünya

19 Dekabr 2021, 00:54

2020-ci il təkcə Covid-19 epidemiyasının başladığı il kimi deyil, həm də bir çox təbii fəlakətlərin baş verdiyi il kimi yadda qalacaq.

 

Modern.az xəbər verir ki, Braziliyada aparılan bir araşdırmada Pantanal bataqlıq ərazilərində baş verən nəhəng meşə yanğınında ölən heyvanların sayının 17 milyona çatdığı qeyd olunur.

 

Ölənlər arasında sürünənlər, quşlar və primat meymunlar var.

 

Kütləvi meşə yanğınları yanvar-noyabr ayları arasında davam edərək, dünyanın ən böyük tropik bataqlıqlarının 30 faizini məhv edib.

 

Hesablamalar "Scientific Reports" jurnalında dərc olunub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama