Modern.az

Brüsseldə polis və aksiyaçılar arasında TOQQUŞMA

Brüsseldə polis və aksiyaçılar arasında TOQQUŞMA

19 Dekabr 2021, 23:02

Belçikanın paytaxtı Brüsseldə minlərlə insan yeni növ koronavirus (COVID-19) qadağalarına qarşı yenidən etiraz edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb.

 

Aksiyaçılar koronavirusla bağlı qadağaların fundamental hüquqlara zidd olduğunu bildiriblər.

 

Polis şüşə butulka, daş və qutu kimi əşyalar atan qrupa qarşı təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib.

 

Polis 13 nümayişçinin saxlanıldığını açıqlayıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama