Modern.az

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

20 Dekabr 2021, 00:17

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 171 nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

 

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 349 193 nəfərin test edildiyi, 16 910 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 858 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 124 058 691 peyvənd tətbiq edilib ki, bunun 91,28 faizi birinci, 82,43 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama