Modern.az

Daha bir ölkədə “Omicron”

Daha bir ölkədə “Omicron”

Dünya

20 Dekabr 2021, 09:00

Peruda koronavirusun “Omicron” ştamı aşkar edilib.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, ölkədə 4 nəfərdə “Omicron” ştamı aşkarlanıb. Yoluxanlardan biri qadın, digəri azyaşlıdır.

 

Qadının bir neçə gün əvvəl Cənubi Afrika Respublikasından gəldiyi bildirilib.
Yoluxmaların qarşısını almaq üçün məhdudiyyət tədbirləri gücləndirilib.

 

Peruda ictimai nəqliyyatdan istifadə üçün də tam peyvənd olunmaq tələb edilib.

Qeyd edək ki, artıq “Omicron” ştamı aşkar edilən ölkələrin sayı 80-ni keçib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?