ABŞ ordusuna məxsus 4 hərbi maşın Almaniyanın cənubunda yük maşını ilə toqquşub.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat yayıb.
Yerli polisin verdiyi məlumata görə, yük maşınının sürücüsünün öldüyü ehtimal edilir.
Səkkiz ABŞ əsgəri ehtiyat tədbirləri üçün xəstəxanaya aparılıb, lakin yaralanan ABŞ hərbçilərinin olmadığı bildirilir.
Qəza Bavariyanın Nürnberq şəhərinin cənub-şərqində baş verib.
“Bild” qəzeti polisə istinadən xəbər verir ki, yük maşını odun qırıntıları ilə dolu olub və yanıb. Polisin bildirdiyinə görə, ABŞ avtomobillərindən ikisi tanker olub, lakin onlar partlamayıblar.
Polis bir neçə nəfərin yaralandığını bildirib. Xilasedicilər yük maşınının sürücüsünü ağır zədələnmiş kabinədən çıxara bilməyiblər.
Akif İsmayılov