Modern.az

Aİ daha bir vaksinin istifadəsini təsdiqlədi

Aİ daha bir vaksinin istifadəsini təsdiqlədi

Dünya

20 Dekabr 2021, 20:58

Avropa İttifaqının Avropa Dərman Agentliyi (EMA) "Novavax" şirkətinin COVID-19-a qarşı nəzərdə tutulan "Nuvaxovid" peyvəndinin istifadəsinə icəzə verib.

 

Modern.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidməti məlumat yayıb.

 

Agentlik vaksin haqqında məlumatların etibarlı olduğu və Aİ-nin effektivlik, təhlükəsizlik və keyfiyyət meyarlarına cavab verdiyi qənaətinə gəlib.

 

İki əsas klinik sınaqdan alınan nəticələr göstərib ki, "Nuvaxovid" 18 yaşdan yuxarı şəxslərdə COVID-19-un qarşısının alınmasında təsirlidir. Klinik sınaqlarda ümumilikdə 45000-dən çox insan iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama