“Nə Moskva, nə də Kiyev Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüşə hazırlaşmır”.
Modern.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
O əlavə edib ki, bununla bağlı Ukrayna tərəfdən hələlik konkret təkliflər daxil olmayıb.
Oktyabrda Peskov Vladimir Putinlə Vladimir Zelenski arasında görüş perspektivlərinin hələ görünmədiyini bildirmişdi.
Akif İsmayılov