Modern.az

Gəmi batdı - 17 nəfər öldü, onlarla itkin var

Gəmi batdı - 17 nəfər öldü, onlarla itkin var

Dünya

20 Dekabr 2021, 22:12

Madaqaskar sahillərində sərnişin daşımaq üçün lisenziyası olmayan taxta gəmi batıb.

 

Modern.az AFP-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər həlak olub, 60-a yaxın adam itkin düşüb.

 

İlkin məlumatlara görə, gəminin batmasına səbəb onun mühərriki sıradan çıxmasıdır.

 

Ümumilikdə gəmidə 130 sərnişin olub, onlardan 45-i xilas edilib. 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama