Rumıniya hökuməti Hərbi Hava Qüvvələrinin imkanlarını genişləndirmək üçün Norveçdən F-16-lar almağı planlaşdırdığını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin “Digi 24” kanalı məlumat yayıb.
Məlumata görə, Rumıniya 32 ədəd ikinci əl F-16 “Fighting Falcon” döyüş təyyarəsi alacaq.
Rumıniyanın müdafiə naziri Vasile Dinku ölkə parlamentinə Norveçdən F-16 təyyarələrinin alınmasına rəsmi razılıq verilməsi məqsədi ilə rəsmi məktub göndərib.
Norveçdə 44 F-16 var. Bu təyyarələr tədricən F-35 döyüş təyyarələri ilə əvəz olunacaq.
Akif İsmayılov