Modern.az

Almaniya kansleri Çin lideri ilə danışdı

Almaniya kansleri Çin lideri ilə danışdı

Dünya

21 Dekabr 2021, 19:26

Almaniya kansleri Olaf Şolz hökumət başçısı kimi ilk telefon danışığını Çin Prezidenti Si Cinpinlə keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikası Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit məlumat yayıb.

 

O qeyd edib ki, söhbət zamanı iki lider ikitərəfli tərəfdaşlıq və iqtisadi əlaqələrin dərinləşdirilməsi, Aİ və Çin arasında əlaqələrin inkişafı, eləcə də beynəlxalq mövzuları müzakirə ediblər.

 

Çin Mərkəzi Televiziyasının məlumatına görə, telefon danışığı zamanı Pekin Berlinə “Bir kəmər və bir yol” təşəbbüsünün layihələrini həyata keçirmək üçün birgə səyləri artırmağı təklif edib. Si Cinpin qeyd edib ki,  Pekin Almaniya şirkətlərinə Çin bazarında əlverişli imkanlar təqdim etməyə hazırdır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama