Elektrik avtomobilləri istehsal edən "Tesla Motors" şirkətinin sahibi İlon Mask bu il 11 milyard dollar vergi ödəyib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.
"Time" jurnalı tərəfindən 2021-ci ilin adamı elan edilən Mask vergi ödəməməkdə ittiham edilib. Milyarder ittihamları rədd edərək milyardlarla dollar vergi ödədəyini və hələ də öz evinin olmadığını deyib.