Modern.az

Putin Almaniyanın yeni kansleri ilə danışdı

Putin Almaniyanın yeni kansleri ilə danışdı

Dünya

21 Dekabr 2021, 22:38

Rusiya prezidenti Vladimir Putin və Almaniyanın yeni kansleri Olaf Şoltz arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, bu, onların ilk söhbətidir. Putin Şoltzu kansler kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib.

 

Tərəflər Ukraynadakı vəziyyəti və təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiyanın təkliflərini müzakirə edib.

 

Ukrayna münaqişəsinin həlli problemləri hərtərəfli nəzərdən keçirilib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama