Pakistan ordusu uçuş məsafəsi 900 kilometrdən çox olan "Babur" adlı raketini sınaqdan keçirib.
Modern.az xəbər verir ki, bu barədə Pakistan Ordusunun mətbuat xidməti məlumat yayıb.
Yerli istehsal edilən raketin geniş diapazonu nüvə silahına malik Pakistanın hərbi qabiliyyətini daha da artırır.
Nüvə arsenalına malik olan Pakistan və qonşusu Hindistan arasında üç qeyri-sabit münasibətlər var. Bir neçə gün əvvəl Hindistan "Agni P" adlı ballistik raketini sınaqdan keçirmişdi.
Akif İsmayılov