Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvləri Tbilisidə kütləvi aclıq aksiyasına başlayıblar.
Modern.az xəbər verir ki, partiyanın qərargahının qarşısında çadırlar qurulub.
Aksiyaçılar həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilinin azadlığa buraxılmasını tələb edirlər.
Partiyanın sədri Nika Melia bu gün keçirilən mitinqdə bildirib ki, M. Saakaşvilinin azadlığa buraxılması tələbi ən az 300 nəfər aclıq aksiyasına başlayacaq və aksiya tələb yerinə yetirilənədək davam etdiriləcək.