ABŞ əhalisi bu il 392 665 nəfər (+ 0,1%) artıb ki, bu da ölkə tarixində əhalinin ən aşağı artım tempidir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosu məlumat yayıb.
Departamentdən bildirilib ki, əhalinin miqrasiya artımı azalıb, lakin təbii artımı keçib.
Qeyd olunur ki, artımın yavaşıması qismən COVID-19 pandemiyasının səbəb olduğu beynəlxalq miqrasiyanın azalması, doğum nisbətlərinin azalması və ölümlərin artması ilə əlaqələndirilə bilər.
Büro bildirib ki, bütün bu tendensiyalar bir neçə ildir müşahidə olunur, lakin koronavirus pandemiyası onları gücləndirib.
Rəsmi məlumata görə, 2020-ci il aprelin 1-nə ölkə əhalisinin sayı 331 449 281 nəfər olub. 2020 və 2021-ci illər arasında 33 ştatın əhalisi artıb, 17 ştat və Kolumbiya dairəsində isə əhali azalıb.
Akif İsmayılov