Modern.az

Şolts hər şeyi həll edəcək! - Almaniyanın yeni kansleri Baydenlə müqayisə olunur

Şolts hər şeyi həll edəcək! - Almaniyanın yeni kansleri Baydenlə müqayisə olunur

22 Dekabr 2021, 12:06

16 il Almaniya kansleri kimi fəaliyyət göstərmiş Angela Merkel nəhayət siyasi karyerasını bitirdi. O, hələ 2018-ci ildə aktiv siyasətdən gedəcəyini elan edəndə Merkelin xələfinin kim olacağı bütün dünyada müzakirələrə yol açdı. 

Almaniyada keçirilən seçkilərdən sonra Sosial Demokrat Partiyasından (SPD) olan siyasətçi Olaf Şolts hökumət başçısı kimi təsdiqləndi.


Bəs yeni kansler haqqında nələri bilirik?

Modern.az xəbər verir ki, o, sol mərkəzçi Sosial Demokrat Partiyasından olan 63 yaşlı siyasətçidir. 

Bəzi siyasətçilər onun karyerasını “zirvəyə gizli, amma səmərəli yüksəliş” adlandırırlar.


Olaf Şolts 1958-ci ildə Qərbi Almaniyada anadan olub.

Şoltsun ilk siyasi rolu 2002-2004-cü illərdə SPD-nin baş katibi olduğu dövrdən başlayıb.

2000-ci illərin sonunda o, Merkelin ilk koalisiya hökumətində Əmək və sosial məsələlər naziri vəzifəsində çalışıb. 2011-ci ildə doğma şəhəri Hamburqun meri seçilib və bu vəzifəni 2018-ci ilə qədər böyük populyarlıqla yerinə yetirib. O vaxtdan bəri Merkelin koalisiya hökumətində vitse-kansler və maliyyə naziri olub.

Olaf Şolts necə kansler oldu?

Mətbuatın yazdığına görə, seçki kampaniyası zamanı O.Şolts insanlara daha əlçatan, mehriban, yaxın görünürdü. O, hətta jestlərini və mimikalarını da dəyişmişdi. Və səssizcə siyasi nərdivanda yüksəlməyi bacara bildi.

Yeni kansler hətta əvvəllər anti-kapitalist olub. Hələ 1980-ci illərdə "kapitalist iqtisadiyyatının öhdəsindən gəlməyi" təşviq edən radikal sosialist olaraq tanınıb. Lakin sonra Hamburqda öz firmasında əmək hüququ üzrə hüquqşünas kimi işlədiyi müddətdə biznes və sahibkarlıq haqqında çox şey öyrənib. Bu təcrübə onu formalaşdırmağa başlayıb. 

O, siyasi prosesləri və işlərin necə aparılacağını dərindən dərk edən tanınmış bir siyasətçi kimi ABŞ prezidenti Baydenlə müqayisə olunur.

Şoltsun və partiyasının federal seçkilərdə qalib gəlməsinin səbəblərindən biri də onu almanların Merkelin idarəçilik üslubunun davamçı olaraq görməsidir.

Ancaq onların arasında bir neçə əsas fərq var. Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Marsel Fratscher deyir ki, "Angela Merkel Almaniyanın şərqində ADR-də böyüyüb. O, xüsusilə xarici siyasətə və Avropa siyasətinə fərqli baxışlara malikdir".
Şolts isə Almaniyanın dünya səhnəsində ABŞ ilə uyğunlaşacağını və daha iddialı, vahid Avropa İttifaqına can atacağını düşünür.

Xalq tərəfindən sevilməsi isə 2007-2009-cu illərdə baş verib. O zaman Olaf Şolts koalisiya hökumətində əmək naziri idi. O, maliyyə böhranı zamanı firmaları işçilərin iş saatını azaltmağa inandıraraq, kütləvi işdən çıxarmaların qarşısını almağa kömək edib. Bu siyasət sonradan koronavirus pandemiyası zamanı da istifadə edilib.

Olaf Şoltsa görə, Rusiya "ən qüdrətlinin qanununun deyil, qanunun aliliyinin tətbiq olunduğunu" qəbul etməlidir. Bununla o, geosiyasi mühitin yeni strategiyalar tələb etdiyini qəbul edir.

Çin ilə münasibətlər kontekstində Şolts Merkelin kursunu davam etdirməyi optimal sayır. O, üzvü olduğu siyasi birlikdən fərqli olaraq Çində azlıqlara, xüsusən uyğurlarla bağlı insan haqlarının pozulmasına qarşı açıq mövqe nümayiş etdirib. Ölkəsini isə Amerika ilə ayaqlaşacaq gücə gətirəcəyinə əmindir.

Ən əsası da Merkel də ondan razıdır. Merkel hakimiyyətdən getsə də, Olafa güvəndiyi üçün rahat yata biləcəyini deyib.

Kanslerin siyasətdə sadəcə bir şüarı var: "Şolts hər şeyi həll edəcək" .

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama