Modern.az

Prezident Azərbaycandakı səfirə şiddətli töhmət verdi

Prezident Azərbaycandakı səfirə şiddətli töhmət verdi

22 Dekabr 2021, 16:30

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonaliyevi cəzalandırıb.

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının İnformasiya Siyasəti Xidməti məlumat yayıb.

Bildirlib ki, səfirin “Sputnik Azərbaycan”ın mətbuat mərkəzində keçirdiyi konfransda “Qırğızıstan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə Rusiyadan ayrıca görüşməyi təklif edir” kimi mətbuatın istinad etdiyi açıqlaması həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır”.

Eyni zamanda, mətbuatda mərkəzlə razılaşdırılmayan bu cür təhrif olunmuş şərhlərə və şişirtmələrə səbəb olan bəyanata görə Prezident Sadır Japarov Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyevə şiddətli töhmət elan edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama