Modern.az

ABŞ Litvaya “Javelin” satışını təsdiqlədi

ABŞ Litvaya “Javelin” satışını təsdiqlədi

22 Dekabr 2021, 19:08

ABŞ Dövlət Departamenti Litvaya dəyəri 125 milyon dollara qədər olan müqavilə əsasında “Javelin” tank əleyhinə raket komplekslərinin satılmasına razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi əməkdaşlıq agentliyi məlumat yayıb.

 

Çatdırılma çərçivəsində Vilnüs 341 FGM-148F raketi, 30 buraxılış qurğusu, ehtiyat hissələri və texniki dəstək alacaq. 

 

Agentlik bildirir ki, bu, milli müdafiə tələblərinə cavab vermək üçün Litvaya suverenlik və ərazi bütövlüyünü qorumaq üçün uzunmüddətli müdafiə qabiliyyəti yaratmağa kömək edəcək.

 

Qeyd edək ki, bundan əvvəl bu raketlər Ukrayna da daxil olmaqla bir neçə Şərqi Avropa ölkəsinə də satılıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama