Modern.az

Hindistan daha bir raketini sınaqdan keçirdi

Hindistan daha bir raketini sınaqdan keçirdi

22 Dekabr 2021, 20:37

Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı yerli istehsal “Pralai” adlı kvazi-ballistik raketini sınaqdan keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirlik raketin hədəfini dəqiqliklə vurduğunu bildirib.

 

Qeyd edək ki, kvazi-ballistik raketlər müəyyən məsafəyə çatdıqdan sonra uçuş yolunu dəyişə bilir.

 

Xatırladaq ki, bir neçə gün öncə Hindistan "Aqni P" adlı raketini sınaqdan keçirmişdi. Bundan sonra onun rəqibi Pakistan "Babur" raketləri buraxmışdı.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama