Modern.az

BMT “Taliban”a 6 milyon dollar ödəyəcək

BMT “Taliban”a 6 milyon dollar ödəyəcək

23 Dekabr 2021, 00:46

BMT Əfqanıstan Daxili İşlər Nazirliyinin bu ölkədəki missiyasını qoruyan zabitlərin maaşlarına təxminən 6 milyon dollar məbləğində subsidiya verməyi təklif edir.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.

 

Ölkədə hakimiyyəti “Taliban” hərəkatı ələ keçirib, Əfqanıstan Daxili İşlər Nazirliyinin rəhbəri postunu isə “Haqqani Şəbəkəsi”nin rəhbəri Siracuddin Haqqani tutur. “Taliban” və “Haqqani” şəbəkəsi BMT və ABŞ sanksiyaları altındadır.

 

Hazırda Əfqanıstanda 3,5 min nəfərə yaxın işçi heyəti olan 20 BMT ofisi fəaliyyət göstərir. Təxminən 4 milyon dolların təhlükəsizlik maaşlarına (adambaşı ayda 275 dollardan 319 dollara qədər) və adambaşına 90 dollar olan qida rasionuna xərclənməsi planlaşdırılır. 

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama