Modern.az

Putin Çinlə birgə silah hazırlanmasından danışdı

Putin Çinlə birgə silah hazırlanmasından danışdı

23 Dekabr 2021, 19:39

Rusiya və Çin birgə silah layihələri həyata keçirməyə başlayıblar.

 

Modern.az xəbər verir ki, bunu bu gün Rusiya prezidenti Vladimir Putin bildirib.

 

O əlavə edib ki, iki ölkə kosmos və aviasiya sahələrində də işləyir.

 

“Hətta bu gün birlikdə bəzi yüksək texnologiyalı silahlar hazırlayırıq. Biz kosmosda işləyirik, aviasiya sahəsində işləyirik: həm təyyarələrdə, həm də helikopterlərdə”, - deyə Putin qeyd edib.

 

2019-cu ildə Putin demişdi ki, Moskva Pekinə raket xəbərdarlığı sistemi istehsal etməyə kömək edir. 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama