Modern.az

İndoneziya Su-35-dən imtina etdi

İndoneziya Su-35-dən imtina etdi

23 Dekabr 2021, 22:08

İndoneziya Rusiyadan 11 ədəd çoxfunksiyalı Su-35 qırıcı almaqdan imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin qərargah rəisi Fajara Praseto bildirib. 

 

İmtinaya səbəb kimi maliyyə çatışmazlığı göstərilir. Müqavilə hələ 2018-ci ildə imzalanıb, onun məbləği 1,1 milyard dollar qiymətləndirilirdi.

 

İndoneziya hökuməti Fransanın “Rafale” qırıcılarını və ya Amerikanın “Boeing” şirkətindən F-15 EX təyyarələrinindən birini alacaq. Onlara nə qədər pul xərclənəcəyi açıqlanmayıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama