Modern.az

Fidel Kastronun deputatlığa namizədliyi irəli sürülüb

Fidel Kastronun  deputatlığa namizədliyi irəli sürülüb

Dünya

17 Dekabr 2012, 14:13
Kubanın keçmiş prezidenti Fidel Kastronun növbəti müddət üçün Karib dənizi ölkəsi parlamentinə namizədliyi göstərilib. Modern.az Press TV-yə istinadən bildirir ki, bu barədə Kuba dövlət qəzeti xəbər verib. Kuba inqilabının lideri Fidel Kastro Santiaqo de Kuba bələdiyyəsi nümayəndələrinin Milli Məclis üçün  təklif etdiyi 25 namizədin siyahısına rəhbərlik edir. 86 yaşlı Kastro 2008-ci ildə prezidentlikdən istefaya çıxmasından bu yana Milli Məclisin üzvüdür.
Kubanın hazırkı prezidenti və keçmiş liderin qardaşı Raul Kastronun da 612 nəfərlik  parlamentə namizədliyi göstərilib. Prezidentin parlamentə üzv göstərilməsi onun 2013-cü ildə başlayacaq beş illik müddətdə yenidən prezident seçilməsinin ilk prosedural addımı hesab edilir.  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!