Avstraliyada federal hökumət 2015-ci ildə sosial müavinətlərin verilməsində ayrı-seçkiliyə yol verdiyinə görə yerli xalqlar olan aborigenlərə 1,46 milyon dollar təzminat ödəyəcək.
Modern.az xəbər verir ki, Avstraliyanın qərbində aborigenlərin 10 icmasından 680 nəfəri təmsil edən qrup digər sosial yardım proqramlarından daha sərt qaydaları ehtiva edən icma inkişaf proqramının irqçi olduğunu iddia edərək məhkəməyə müraciət edib.
Qrupun ərizəsinə baxan Avstraliya Federal Məhkəməsi proqramın çətin şərtləri səbəbindən bu şəxslərin hər birinin orta hesabla 1800 avstraliya dolları itirdiyini müəyyən edib.
Hökumət öz qanun pozuntusunu inkar etsə də, qurbanların nümayəndələri ilə aborigenlərə 2 milyon avstraliya dolları (təxminən 1,46 milyon dollar) təzminat ödəməyə razılaşıb.
Akif İsmayılov