Şri-Lanka hökuməti İrandan idxal etdiyi neftin borcunu çayla ödəməyi planlaşdırır.
Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Şri-Lanka parlamentinin üzvü Rameş Pathirana bildirib.
O qeyd edib ki, ölkə 251 milyon dollar borcunu ödəmək üçün İrana hər ay 5 milyon dollarlıq çay göndərmək istəyir.
Şri-Lanka son vaxtlar çox ciddi borc və valyuta böhranı yaşayır. Koronavirusa görə ölkəyə gələn turistlərin sayının azalması vəziyyəti daha da pisləşdirir.
Ölkənin çay şurası bildirib ki, ilk dəfədir ki, çay xarici borcları ödəmək üçün istifadə olunur.
Akif İsmayılov