Modern.az

Amerikalıların əksəriyyəti “Facebook”a etibar etmir

Amerikalıların əksəriyyəti “Facebook”a etibar etmir

Dünya

25 Dekabr 2021, 00:56

Amerikalıların 72%-i şəxsi məlumatların saxlanması məsələsində “Facebook”a etibar etmir.

 

Modern.az xəbər verir ki, bu barədə Corc Meyson Universitetində “The Washington Post” və “Schar School” tərəfindən keçirilən sorğuda qeyd olunub.

 

Bu, sorğuda adı çəkilən bütün şirkətlər arasında ən pis nəticədir. Digər platforaların – “Instagram” (respondentlərin 60%-i) və “WhatsApp”ın (53%) göstəriciləri o qədər də yaxşı deyil.

 

Amerikalı istifadəçilərin antireytinqində ikinci yerdə Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” qərarlaşıb. Respondentlərin 63%-i əmindir ki, platforma öz istifadəçilərinin məlumatlarını lazımi qaydada saxlaya bilmir.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama