Modern.az

İranda zəncirvari qəza - 10 nəfər öldü

İranda zəncirvari qəza - 10 nəfər öldü

Dünya

25 Dekabr 2021, 09:46

Bu gün səhər İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda baş verən zəncirvari qəzada 10 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Xuzistan vilayəti təcili yardım mərkəzinin ictimai əlaqələr şöbəsinin müdiri Arif Əsl Şərəhani deyib.

 

Onun sözlərinə görə, hadisədə fəhlələri daşıyan minik avtomobilinin bütün sərnişinləri ölüb. Zəncirvari qəza 5 minik avtomobili və bir yük maşınının iştirakı ilə baş verib. İndiyədək 6 nəfər xəstəxanaya çatdırılıb.

 

Hadisə yerinə 12 təcili yardım avtomobili cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama