2021-ci ildə Almaniya xarici ölkələrə rekord miqdarda - 9 milyard avro dəyərində silah satılmasına razılıq verib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin məlumatlarına istinadən DPA agentliyi məlumat yayıb.
Satışlar 2019-cu ilin rekordunu demək olar ki, 1 milyard avro üstələyib.
Misir Almaniya silahlarının ən böyük alıcısı olub. Merkel hökuməti bu ölkəyə 4,34 milyard avroluq silah satıb. Bu məbləğin demək olar ki, hamısı Merkelin vəzifə müddətinin başa çatmasından cəmi doqquz gün əvvəl bağlanmış müqavilələrdən ibarətdir.
Akif İsmayılov