İspaniyaya məxsus Palma adasında üç ay bundan əvvəl püskürməyə başlayan vulkan nəhayət sönüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər bu ilin sentyabr ayının 19-da aktivləşən vulkanın dayandığını bildiiblər.
Bu, adanın tarixində ən uzun püskürmə olub. Bundan əvvəlki rekord 1585-ci ildə (84 gün) qeydə alınıb.
Vulkan püskürməsi nəticəsində minlərlə insan yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb.
Akif İsmayılov