Modern.az

ABŞ-ın Rusiyaya sanksiyaları smartfonların satışına təsir edəcək

ABŞ-ın Rusiyaya sanksiyaları smartfonların satışına təsir edəcək

Dünya

25 Dekabr 2021, 19:08

ABŞ Rusiyaya istehlak və sənaye texnologiyalarının ixracının məhdudlaşdırılması imkanlarını müzakirə edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ Prezident Administrasiyasındakı mənbəsinə istinadən məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Rusiyaya idxalı məhdudlaşdırıla bilən mallar arasında smartfonlar, avtomobil və aviasiya komponentləri, eləcə də bir sıra digər sektorların materialları var. 

 

Sanksiyalar Rusiyanın Ukraynaya hücumu halında nəzərdən keçirilir.

 

Agentliyin mənbəsinin sözlərinə görə, məhdudiyyətlər Rusiyada istehlakçılara, sənayeyə və məşğulluğa ciddi təsir göstərə bilər. Sanksiyaların Ağ Evdə yüksək rütbəli məmurların görüşündə müzakirəsi planlaşdırılır. 

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama