NATO-njn Baş katibi Yena Stoltenberq NATO-Rusiya Şurasının yanvarın 12-də çağırılmasına qərar verib.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi NATO rəsmisinə istinadən məlumat yayıb.,
“Görüşlə bağlı Rusiya ilə əlaqə saxlayırıq”, - deyə rəsmi bildirib.
Yanvarın 12-də Brüsseldə NATO Baş Qərargah Rəislərinin toplantısı da keçiriləcək.
NATO-Rusiya Şurası 2002-ci ildə Romada keçirilən NATO-Rusiya Sammitində məsləhətləşmə, konsensus, əməkdaşlıq, birgə qərar və birgə fəaliyyət mexanizmi kimi yaradılıb.
Akif İsmayılov