Fransada son sutkada rekord sayda şəxs - 104 611 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Modern.az xəbər verir ki, bu barədə ölkənin ictimai səhiyyə idarəsi məlumat yayıb.
Ölkədə koronavirusdan 84 nəfərin öldüyü bildirilir. Hazırda aktiv koronavirus dəstlərindən 16 mindən çoxu xəstəxanaya yerləşdirilib. 3300-dən çox adam reanimasiyadadır.
Makron hökuməti yanvar ayından etibarən bir sıra məhdudiyyətlər tətbiq etmək niyyətindədir.
Akif İsmayılov