Modern.az

Putin misirli həmkarı ilə danışdı

Putin misirli həmkarı ilə danışdı

Dünya

26 Dekabr 2021, 00:51

Rusiya prezidenti Vladimir Putin və onun misirli həmkarı Əbdülfəttah əs-Sisi arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Prezidentlər iki ölkə arasındakı münasibətlərin aktual məsələlərini və Liviyada nizamlanmanı müzakirə edib. 

 

Rusiya Federasiyası və Misir prezidentləri telefon danışığı zamanı Atom Elektrik Stansiyasının tikintisini və Süveyş kanalı regionunda Rusiya sənaye zonasının yaradılmasını müzakirə ediblər.

 

Putin və əs-Sisi yaxın təmasları davam etdirmək barədə razılığa gəliblər. 

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama