Modern.az

Türkiyədə 173 nəfər koronavirusun qurbanı oldu

Türkiyədə 173 nəfər koronavirusun qurbanı oldu

Dünya

26 Dekabr 2021, 22:15

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 173 nəfər vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 351 965 nəfərin test edildiyi, 20 138 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 21 214 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 128 654 886 peyvənd tətbiq edilib ki, bunun 91,51 faizi birinci, 82,82 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama