Modern.az

Polis İstanbul bələdiyyəsində axtarışlara başlayıb

Polis İstanbul bələdiyyəsində axtarışlara başlayıb

Dünya

27 Dekabr 2021, 00:51

Türkiyə Daxili İşlər Nazirliyi (DİN) İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) təftişə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlik özünün "Tvitter" səhifəsində məlumat paylaşılıb.

 

Bildirilib ki, təftiş İBB tabeliyindəki şirkətlərə təyin edilmiş kadrlar arasında terrorçuların olması şübhəsi ilə əlaqədardır.

 

“İBB, ona tabe olan şirkətlərdə 455-i Kürdüstan Fəhlə Partiyası (PKK) / Kürdüstan İcmalar Birliyi (KCK), 80-i İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C), 20-si Marksist-Leninçi Kommunist Partiyası (MLKP), ikisi Marksist Kommunist Partiyası (MKP) olmaqla, bəzilərinin FETÖ və digər terror təşkilatlarına bağlı olduğu müəyyən edilərək, DİN tərəfindən xüsusi yoxlama aparılır”, - deyə məlumatda bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama