Kanadanın mərkəzi və qərb bölgələrində ekstremal şaxta hökm sürür.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Bürosu məlumat yayıb.
Albert, Britaniya Kolumbiyası, Ontario və Saskaçevan əyalətlərində temperaturun -35-lə -55 dərəcə arasında dəyişəcəyi bildirilir.
Sinoptiklər ekstremal soyuq havanın donmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.