Modern.az

Sovet dövründən qalmış əlaqələr bu gün müsbət rol oynayır

Sovet dövründən qalmış əlaqələr bu gün müsbət rol oynayır

Dünya

28 Dekabr 2021, 15:45

MDB çərçivəsində əməkdaşlığın səviyyəsi cari çağırışlara, o cümlədən koronavirus pandemiyasına daha səmərəli tab gətirməyə imkan verir.

 

Modern.az xəbər  verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammitini açarkən deyib.

 

“Görüş ənənəvi hal alıb. Pandemiyadan əvvəl biz müntəzəm olaraq yeni il qabağı görüşürdük. Bu il MDB üçün xüsusi ildir: bu yaxınlarda strukturun yaradılmasının 30 illiyi idi. Son onilliklər ərzində çox şey dəyişib. Eyni zamanda, təşkilatın yaradılması özünü doğrultdu. İnteqrasiya çoxlu sahələrdə baş verir. Ümumiyyətlə, sovet dövründən indiyədək qalmış əlaqələr də bu gün müsbət rol oynayır. Bunlar ümumi kommunikasiyalar, müəssisələr, tərəfdaşlar, əlavə dəyər yaradan vahid istehsal zəncirləridir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama