Modern.az

Çin İlon Maskı BMT-yə şikayət etdi

Çin İlon Maskı BMT-yə şikayət etdi

Dünya

28 Dekabr 2021, 20:11

Çin “Starlink” layihəsi çərçivəsində orbitə buraxılan peyklərin kosmik stansiyası üçün təhlükə yaratdığını əsas gətirərək İlon Maskı BMT-nin Kosmik Agentliyinə şikayət edib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

 

Çin “Tesla” və “SpaceX” kimi məşhur şirkətlərin qurucusu olan İlon Mask Birləşmiş Millətlər Təşkilatının (BMT) Kosmik İşlər İdarəsinə (UNOOSA) şikayət edərək bildirib ki, “Starlink” layihəsi çərçivəsində orbitə buraxılan peyklərin dünya üçün təhlükə yaratdığını əsas gətirib.

 

BBC-də yer alan xəbərə görə, Çin UNOOSA-ya təqdim etdiyi sənəddə “SpaceX”in iyul və oktyabr aylarında kosmosa göndərdiyi “Starlink” peyklərinin kosmos stansiyasına düşməsinin qarşısını almaq üçün “toqquşma nəzarət tədbirləri” həyata keçirməli olduğunu açıqlayıb.

 

Sosial media istifadəçiləri Çinin “Weibo” sosial şəbəkəsində Mask, “Starlink” və ABŞ-ı şiddətlə tənqid ediblər.

 

“SpaceX” şirkətinin “Starlink” peykləri ilə yer orbitində 12 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama