Modern.az

Rusiya “Armata” tanklarını Hindistana təklif edib

Rusiya “Armata” tanklarını Hindistana təklif edib

Dünya

29 Dekabr 2021, 00:28

Rusiya Hindistana “Armata” tankları yeni əsas döyüş tankı hazırlamağı təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin mətbuat katibi Valeriya Reşetnikova bildirib.

 

O qeyd edib ki, yeni əsas döyüş tankının yaradılması artıq Hindistan ordusunun planlarına daxildir.

 

“Bu yaxınlarda keçirilən hərbi və hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Hindistan hökumətlərarası komissiyası və Rusiya-Hindistan sammiti zamanı hind tərəfdaşlarına yeni iş sahələri, o cümlədən sifarişçinin texniki xüsusiyyətləri əsasında zirehli texnikanın yaradılması təklif edilib”, - deyə Reşetnikova vurğulayıb.

 

“Uralvaqonzavod”da hazırlanan T-14 “Armata” tankları dünyada yeganə üçüncü nəsil tank hesab edilir. Platforma ilk dəfə olaraq 2015-ci ildə Qələbə Paradında ictimaiyyətə təqdim edilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama