“Türkiyə və Ermənistan arasında münasibətlərinin normallaşmasını alqışlayırıq”.
Modern.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT yanında daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
“Rusiya regionda əməkdaşlığın tərəfdaşıdır. Görüşün Moskvada keçirilməsi sürpriz deyil, bizim həm Türkiyə, həm də Ermənistanla yaxşı tərəfdaşlığımız var. Ermənistanla Türkiyə arasında normal qonşuluq münasibətlərinin yenidən qurulmasından bütün dünya faydalanacaq”.