Yaponiya hökuməti tənhalıqla mübarizə proqramını təsdiqləyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, problemin həlli üçün günün bütün saatlarında işləyəcək konsultasiya sistemi yaradılacaq.
Subay insanların ünsiyyət qura və iş tapa biləcəyi müxtəlif platformaların formalaşdırılması planlaşdırılır.
Yaponiya hakimiyyəti subay vətəndaşların dəqiq sayını müəyyən etmək üçün ümummilli siyahıyaalma təşkil edir. Artıq ölkənin baş nazirinin aparatında bu məsələ ilə məşğul olacaq ayrıca katiblik yaradılıb. Fevral ayında Yaponiyada tənha sakinlər üzrə nazir vəzifəsi də təsis edilib.
Yaponiya hakimiyyəti ölkədə intiharların artması fonunda tənhalıq problemini həll etmək qərarına gəlib. 2020-ci ildə 21 min nəfər intihar edib ki, bu da bir il əvvəlkindən 912 nəfər çoxdur. Hökumət problemin əsasən qadınlara təsir etdiyini qeyd edir.
Akif İsmayılov