Modern.az

Doqquz serb müsəlmanları öldürməkdə ittiham olunur

Doqquz serb müsəlmanları öldürməkdə ittiham olunur

Dünya

30 Dekabr 2021, 00:38

Bosniya və Herseqovina müharibə cinayətləri üzrə prokuroru 1992-95-ci illər müharibəsinin əvvəlində yeddi ailə də daxil olmaqla, 100-ə yaxın müsəlman bosniyalının öldürülməsinə görə doqquz bosniyalı serb haqqında ittiham irəli sürüb.

 

Modern.az xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

 

Pravoslav serblər, katolik xorvatlar və müsəlman bosniyalılar arasında 100 minə yaxın insanın öldüyü dağıdıcı müharibənin bitməsindən 26 il keçməsinə baxmayaraq, Bosniya hələ də itkin düşən insanları axtarır və şübhəli cinayətkarlara qarşı ittiham irəli sürürlər.

 

Müharibə vaxtı Bosniya ordusunun keçmiş üzvləri və komandirləri olan doqquz nəfər ölkənin cənub-şərqindəki Nevesinje şəhəri ətrafındakı bölgələrdən onlarla qadın, qoca və kiçik uşaq da daxil olmaqla mülki müsəlmanları öldürməkdə ittiham olunurlar.

 

Prokurorluğun məlumatına görə, 1992-ci ilin yayında həlak olanlar arasında 7 ailə də var. 49 nəfərin cəsədi tapılıb, 47 nəfərin isə taleyi hələ də məlum deyil.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama