Modern.az

Keçmiş müdafiə naziri hakimiyyəti sensasion açıqlamaları ilə HƏDƏLƏDİ

Keçmiş müdafiə naziri hakimiyyəti sensasion açıqlamaları ilə HƏDƏLƏDİ

Dünya

30 Dekabr 2021, 09:12

Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyana qarşı başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb, iş yanvarda məhkəməyə gedəcək. B

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bu günlərdə onun vəkilləri cinayət təqibinin dayandırılması barədə vəsatət qaldırsalar da, vəsatət təmin edilməyib.

Ek-nazirin vəkilləri həmin rədd cavabı ilə bağlı prokurorluğa da müraciət edəcəklər. Tonoyan vəkillərə bildirib ki, bu dəfə də şikayət rədd edilərsə, o zaman məhkəmədə çıxış edərkən daha susmayacaq, sensasion açıqlamalar verəcək.

 

Xatırladaq ki, silah-sursatın əldə edilməsi prosesində baş verən sui-istifadə halları, xüsusən keyfiyyətsiz, yararsız raketlərin alınması ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətində cinayət işi başlanıb. Cinayət işi çərçivəsində 7 nəfər, o cümlədən keçmiş müdafiə naziri Davit Tonoyan, silah tədarükü ilə məşğul olan iş adamı David Qalstyan, Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan ittiham olunub. Tonoyan Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə ittihamı olan 179-cu maddəsinin 3-cü hissəsi ilə ittiham olunur. Söhbət 2 milyard 277 milyon 323 min dramdan gedir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama