Modern.az

Putin Köçəryanla Sarkisyanı niyə təbrik etdi?

Putin Köçəryanla Sarkisyanı niyə təbrik etdi?

Dünya

30 Dekabr 2021, 14:19

Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistanın iki keçmiş prezidenti - Robert Köçəryan və Serj Sarkisyanı da Milad bayramı və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, bu barədə Kremlin saytında bildirilib.


Qeyd edək ki, Rusiya prezidenti ötən gün Ermənistan prezidenti və baş naziri - Armen Sarkisyanla Nikol Paşinyana da təbrik mesajı göndərib. Putin həmin təbriklərdə bildirib ki, birgə səylər nəticəsində ölkələr müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın, həmçinin Avrasiya İqtisadi Birliyi, KTMT, MDB və digər çoxtərəfli strukturlar çərçivəsində qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin gələcək dinamik inkişafını təmin edə biləcəklər.


Robert Köçəryan və Serj Sarkisyana ünvanlanmış təbriklərə gəlincə, rəsmi Kreml bildirib ki, Putin Rusiyaya dost olan ölkələrin hazırkı liderlərindən əlavə, yaxşı münasibətləri olan xarici dövlətlərin və hökumətlərin keçmiş başçılarını da təbrik edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama