Koronavirusun yeni ştammı “Omicron”un yayılmasının qarşısını almaq məqsədi ilə 7 ölkədən türk sərnişinlərinə qadağa tətbiq edilib.
Modern.az xəbır verir ki, Mülki Aviasiya Baş İdarəsinin yeni qərarına əsasən, İspaniya, Hollandiya, Xorvatiya, İslandiya, İsveçrə, İtaliya və Lüksemburq türk sərnişinlərini qəbul etməyəcək.
Türkiyədən İraqa səfər edən sərnişinlər isə 14 gün karantində saxlanılacaqlar. Bağdad, Nəcəf və Bəsrəyə gedənlərdən 72 saatdan gec olmayaraq, Süleymaniyyəyə gedənlərdən isə ən geci 48 saat ərzində alınan PCR testini təqdim etmələri tələb olunacaq.
Yenilənmiş qaydalara əsasən, koronavirusa qarşı peyvənd olunmayan türk sərnişinlər Portuqaliyaya da buraxılmayacaq.