“Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrinin ilk görüşü 2022-ci ilin yanvarında baş tuta bilər”.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV24” kanalına müsahibəsi zamanı məlumat verib.
O bildirib ki, görüşün dəqiq vaxtı hələ razılaşdırılmayıb, lakin yanvarda baş tutacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə və Ermənistan münasibətlərin normallaşması üçün qarşılıqlı nümayəndələr təyin edib.